Bu gün Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfər edib. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verilib. Qeyd edək ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.