"Türkiyə ilə Azərbaycan dost və qardaş dövlətdir. Türkiyənin bugünkü siyasəti türk dövlətinin, türk xalqının maraqlarına cavab verir". Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsini şərh edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə deyib. "Türkiyə öz siyasətini yürütməyə və effektivliyini təmin etməyə tam qadirdir. Azərbaycan dövləti ona lazımi dəstəyi verir və verəcək", deyə Həsənov əlavə edib.