Nazirlik metrohəssas insanları xəbərdar edir
Bakı və Abşeron yarımadasında sentyabrın 24-də əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 24-29 dərəcə isti olacaq.
Sentyabrın 25-də hava dəyişkən buludu olacaq, lakin axşama doğru qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 25-də atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08