Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov bu gün səhər saat 10:40 radələrində AZAL-a məxsus təyyarə ilə Bakı-Moskva reysi ilə Rusiyaya qayıdıb. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə bəndi üzrə ittiham olunan və İnterpol tərəfindən axtarışda olan Ayaz Mütəlibovun toxunulmazlığına təminat onun oğlu Azadın dəfn mərasimində iştirakını təmin etmək məqsədilə verilmişdi. Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Keçmiş prezident elə həmin gün Bakıya gəlmişdi.