Ata qızını öldürdü, kürəkənini və 5 qohumunu bıçaqladı
Azərbaycanın Cəlilabad rayonunda ağır qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, bu gün Cəlilabad rayonunun Alar kənd sakini Qabil Nəsirov həmin kənddə yaşayan, qızı Əfsanənin evində olarkən ona, əri Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimova, Gülnar Əzimovaya, Elmira Süleymanovaya, Mahir Nağıyevə və onun oğlu Kənana bıçaqla xəsarət yetirib.
Əfsanə aldığı xəsarətdən hadisə yerində ölüb. Digər şəxslər isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Nəsirov tutulub.
Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08