Fövqəladə Hallar Nazirliyi sentyabrın 12-də Milli Ordunun əsgərinin Tərtər çayında boğulması ilə bağlı məlumat yayıb. Tərtərçay çayının Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1992-ci il təvəllüdlü Əliyev Firdovsi Çingiz oğlunun axtarışları başa çatdırılıb. F.Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:00-da başa çatdırılıb.