Bu gün Azərbaycan Milli İstiqlal Partiyası İran rejiminin Güney Azərbaycanda yaşayan soydaşlarımıza yönəlik siyasətinə qarşı etiraz aksiyası keçirəcək. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, AMİP 14 sentyabr 2011-ci il, saat 13.00-da bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında keçirəcəyi piketin təhlükəsiziliyinin təmin olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.