iqbal Ağazadə diplomatı qəbul etdi
Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə partiyanın qərargahında ABŞ səfirliyinin siyasi şöbəsinin müdiri Antoni Bairdi qəbul edib. Görüşdə ölkədəki ümumi ictimai-siyasi vəziyyət, Qarabağ problemi və sair məslələr müzakirə olunub.
Eyni zamanda Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə partiyanın yaranması, siyasi proseslərdə iştirakı barədə qonağa məlumat verib. ABŞ səfirliyinin siyasi şöbəsinin müdiri Antoni Bairdi Milltə vəkilinin siyasi proseslərə yanaşması, təklifləri ilə maraqlanıb. Hər iki tərəf belə görüşlərin intensivliyinin vacibliyini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51