Atəzkəs pozulub, əsgərimiz yaralanıb
Cəbhə xətində daha bir əsgərimiz yaralanıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Telman Əlişah oğlu Seyfullayev sol budundan güllə yarası alıb. Əsgər təcili olaraq hospitala yerləşdirilib.
Qeyd edək ki, T.Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08