Təhsil naziri yaş məhdudiyyətinə görə vəzifəsindən gedib-getməyəcəyi məsələsinə aydınlıq gətirib. "O gün qəzetlərdən birində yazıblar ki, nazirin də 65 yaşı var. O niyə çıxmır? Əgər məsləhət olarsa, nazir də vəzifəsindən getməyə hazırdır, elə mən özüm də vəzifədən getməyə hazıram. Vəzifə heç kəs üçün əbədi deyil"- deyən təhsil naziri Misir Mərdanov hamı kimi özünün də əvəzedilməz nazir olmadığını vurğulayıb. "Hesab etmirəm ki, əvəzedilməz adamam. Heç kəs özünün vəzifəsindən getməsini faciə hesab etməməlidir", - nazir deyib.