Sabah rayonlarda leysan yağızlar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 7-də arabir yağış yağacağı, gecə və səhər bəzi şərq rayonlarında lokal leysan xarakterli intensiv olacağı, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə olacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında sentyabrın 6-dan 7-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08