Türkiyə ekranlarında böyük reytinqlə yayımlanmış ?Aşk ve Ceza? serialının rejissoru Mehmet Ulukan İctimai Televiziyanın sifarişi ilə Bakıda yeni bir serial çəkməyə başlayıb. Oxumeni.az-ın məlumatına görə, melodram janrlı ekran əsəri əsasən yerli kadrların hesabına başa gələcək və adıçəkilən kanalda efirə veriləcək. 70 hissədən ibarət olacaq serialda baş rolu Səfurə Əlizadə oynayacaq.