Türkiyənin tanınmış müğənnisi, martda silahlı hücuma məruz qaldıqdan sonra müalicəsi hələ də davam edən İbrahim Tatlısəs reabilitasiya mərkəzində evlənib. Müğənni ilə Ayşegül Yılmazın nikahını ötən axşam Şişli bələdiyyəsinin başçısı Mustafa Sarıgül qeydə alıb. Cütlüyün nikah şahidləri iş adamı Yüksel Çağlar və ?Qalatasaray?ın baş məşqçisi Fatih Terim olub.