Bu gün Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verlən məlumata görə, hadisə 17.00 radələrində Hacıqabul rayonu ərazisində qeydə alınıb. ?Ford? markalı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir. Hadisənin səbəbi aparılan araşdırmalardan sonra bilinəcək.