?Azadlıq? meydanının yaxınlığında yeni metrostansiya tikiləcək
Bakının şəhərinin Azadlıq meydanı yaxınlığında yeni metro stansiya tikiləcək. Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulovun verdiyi məlumata görə, yeni stansiya 2016-cı ildə istifadəyə veriləcək.
Onun sözlərinə görə, Bakı Metropoliteninin üçüncü xətti Bakı Beynəlxalq Avtovağzalında tikilən metrostansiyasa Azadlıq meydanı ilə birləşəcək. Ümumiyyətlə, üçüncü xətdə ilkin olaraq 6 stansiya tikiləcək. Xəttin ilk stansiyası ?Avtovağzal?, ikinci stansiya ?Memar Əcəmi?, üçüncü stansiya Ceyhun Səlimov küçəsində, ?Xutor dairəsi?nin ətrafında, dördüncü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində, beşinci stansiya Heydər Əliyev Sarayının arxa hissəsində, altıncı stansiya isə Azadlıq meydanında olacaq. Sonuncu stansiyanın minimum 6 çıxışı olacaq.
Metropoliten rəsmisi üçüncü xəttin ilk iki stansiyasının 2013-cü ilin sonunda, digər iki stansiyanın 2015-ci il ərzində, sonuncu iki stansiyanın isə 2016-cı ildə istifadəyə veriləcəyini bildirdi. Eyni zamanda ?Xətai???H.Aslanov-2???Yeni Günəşli? istiqamətində də stansiyalar, həmçinin iki depo inşa olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08