Təhsil Nazirliyi müəllimliyə vakant qalan yerləri açıqlayıb
Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə tarix, biologiya, fizika, musiqi və nəğmə, təsviri incəsənət müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə, vakant qalan yerləri elan edib.
Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanda tarix müəllimliyi üzrə 125, biologiya üzrə 128, fizika üzrə 90, musiqi və nəğmə üzrə 13, təsviri incəsənət müəllimliyi ixtisası üzrə isə 6 vakant yer var.
Həmin ixtisaslarla bağlı müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən yerlər üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır.
Vakant yerlərdə işləmək istəyənlər sentyabrın 12-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08