Prezident generalları topladı
Prezident İlham Əliyev Müdafiə Nazirliyi sistemində baş verən prosesləri, generallar arasında yaranmış qarşıdurmanı aydınlaşdırmaq məqsədilə bu günlərdə Prezident Administrasiyasında Silahlı Qüvvələr Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov daxil olmaqla bir qrup ordu generalının iştirakı ilə xüsusi müşavirə keçirib.
Bu barədə hərbi mənbələrdən ?MilAz? İA-ya eksklüziv olaraq informasiya verilib. Prezidentin hərbi müşaviri general-leytenant Vahid Əliyevin də qatıldığı görüşdə son zamanlar mətbuat səhifələrində ordu rəhbərliyi barədə əksini tapan neqativ informasiyalar müzakirə olunub. Bu tip informasiyaların ordunun döyüş ruhuna mənfi təsir etdiyi bildirilib.
Müzakirə zamanı bu tip informasiyaları mətbuat səhifələrinə ötürən zabitlərin aşkarlanması və onların problemlərinin öyrənilməsinin zəruri olduğu qeyd olunub.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşə qatılmadığı bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08