Rezidenturaya qəbul imtahanlarının tarixi açıqlandı
Azərbaycanda rezidenturaya qəbul imtahanlarının tarixi açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin verdiyi məlumata görə, rezidenturaya qəbul imtahanları sentyabrın 24-25 keçiriləcək.
TQDK sədri deyib ki, sentyabrın 10-11-də rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək. TQDK sədri imtahanların 2 gün ərzində keçirilməsinin səbəbini də açıqlayıb: ?İmtahanda namizədlərə 200 sual təqdim olunacaq, 100 sual ixtisas fəndindən 100 sual isə əsas fənlərdən olacaq. Biz gərək həmin gün namizədlərə fasilə verəydik, bu mümkün olmadığından biz bu imtahanları 2 gün ərzində keçirmək qərarını verdik?.
M. Abbaszadə bildirib ki, rezidenturaya sənəd qəbulu elektron formada aparılacaq. Rezidenturaya sınaq imtahanlarından sonra sənəd qəbul elan ediləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08