Kolleclərə qəbul imtahanlarının nəticəsi açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2011/2012-ci tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrini açıqladı.
Avqustun 28-də keçirilən orta təhsil bazasından (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanın nəticələri TQDK-nın internet saytında http://tqdk.gov.az/texn9nt/ yerləşdirilib.
Qeyd edək ki, orta təhsil bazasından (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanda iştirak etmək üçün sənəd vermiş 31251 abituriyentdən 433 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 52 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08