Həftəsonu temperatur 37 dərəcəyə qalxacaq
Həftəsonu ölkə ərazisində yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22, gündüz 31-36, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Sentyabrın 4-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah 3-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Sentyabrın 4-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Gecə 17-22, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08