Bu ilin fevralında Liviyada Müəmmar Qəddafi rejiminə qarşı kütləvi xalq etirazları başlayandan 50 min nəfər həlak olub. RİA Novosti-nin yaydığı xəbərə görə, bu barədə Milli Keçid Şurasının təmsilçisi, polkovnik Hişam Buhagiar (Hisham Buhagiar) Tripolidə bildirib. Qiyamçılar əvvəllər 20 minə yaxın insanın həlak olduğunu bildirirdi. Polkovnik vurğulayıb: ?Misrata və Zlitanda 15-17 min həlak olub, dağlıq Cəbəl-Nafus massivində gedən döyüşlərdə də çoxlu sayda insan həyatını itirib. Biz 28 minədək məhbusu azad etmişik. Biz həmçinin hesab edirik ki, itkin düşənləri də həlak olmuş saymaq olar?. Qeyd edək ki, polkovnik Buhagiar bir həftə əvvəl Tripolini nəzarətə götürmüş qoşunların komandanıdır. Xatırladaq ki, Liviyada 40 illik hakimiyyətdə olan Müəmmar Qəddafinin istefası tələbi ilə fevralın ortalarında kütləvi nümayişlər başlayıb. Kütləvi etirazlar sonradan qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmalara keçib.