Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, K.Tarqay Azərbaycana yeni səfir təyin olunmasından məmnun olduğunu bildirib və fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycan Xarici İşlər Nazirliyi ilə sıx və səmərəli əlaqələr quracağını bildirib.
Öz növbəsində E.Məmmədyarov K.Tarqayı təyinatı münasibəti ilə təbrik edib, ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu qeyd edərək bu əməkdaşlığın daha da genişlənəcəyi və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib, ona yeni iş yerində müvəffəqiyyətlər arzulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51