"Ağır siyasi vəziyyəti dəyişmək üçün son parlament seçkilərində azı 61 dairədə öz namizədilə iştirak etmiş 8 partiya - ADP, KXCP, ALP, AMİP, Müsavat, Ümid, VİP, AXCP - birlikdə Yeni Koalisyon Hərəkatın yaradılması təşəbbüsü ilə çıxış etməlidir". Bu fikirləri ALP ədri Əvəz Temirxan səsləndirib. Onun sözlərinə görə, köklü siyasi islahatlar naminə birgə çalışmaq istəyən (İP-də olan və olmayan) nüfuzlu ağsaqqalların, ziyalıların, ekspertlərin, gənclərin bu koalisiyaya cəlb edilməsinə və onun rəhbərliyində təmsil olunmasına çalışmalıdırlar.