Mitiniq məhbuslarına iz verildi, ara qarızdı
Bu gün Səbayel rayon məhkəməsində 2 apreldə saxlanılaraq barələrində cinayət işi açılmış müxalifətçilərə hökm oxunub. Məhkəmənin hökmü ilə AXCP üzvü Arif Alışlı 3 il, bitərəf Elnur İsrəfilov 2 il 6 ay, Müsavat partiyasının üzvü Elşən Həsənov 2 il, AXCP sədrinin müşaviri Sahib Kərimov 2 il, AXCP üzvü Zülfüqar Eyvazlı 1 il 6 ay, AXCP üzvü Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan başqa, hakim müttəhimlərə qarşı qaldırılmış mülki iddiaları da təmin edib və onları müxtəlif məbləğlərdə cərimələyib. Hökmün elan olunmasından sonra məhkəmənin qarşısında etiraz aksiya keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08