Avqustun 29-dək hava qeyri-sabit oalacaq
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 18-21, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 8-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və sərin hava şəraitinin davam etməsi əksər meteohəssas insanlar üçün əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08