Təhsil Nazirliyi izə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib
Orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək istəyənlər üçün vakant yerlərin siyahısı açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, vakant yerlərə avqustun 8-11-də Azərbaycan dili və ədəbiyyat muəllimlərinin işə qəbulu üzrə imtahanlarda iştirak edərək keçid balını toplayan namizədlər ərizə verə bilərlər.
Bakı şəhərindəki orta məktəblərdə olan vakant yerlərə keçid balı 28-dən, digər vakant yerlərə isə keçid balı 21-dən yuxarı olan namizədlər ərizə verə bilərlər.
Namizədlər sentyabrın 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət edə bilərlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08