Bu gün Xəzər dənizində zəlzələ baş verib. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, avqustun 24-də saat 10:37-də Xəzər dənizində zəlzələ olub. Bakı şəhərindən 211 km şərqdə qeydə alınan 3,8 maqnitudalı zəlzələ 65 kilometr dərinlikdə baş verib, təkanlar hiss edilməyib.