Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sözlərinə görə, seçkilər 2009-cu ildə nəticələri ləğv edilmiş 9 bələdiyyə üzrə, həmçinin, boş qalan bələdiyyələrə keçiriləcək. MSK sədri bildirib ki, bu seçkilər kifayət qədər əhatəli seçkilər olacaq. Onun sözlərinə görə, seçkilərlə bağlı elan sentyabr ayında veriləcək. Elan olunandan 60 gün sonra seçkilər keçiriləcək. MSK sədri deyir ki, böyük ehtimalla seçkilər payızda olacaq.