Avqustun 27-si Dalğa Gənclər Hərəkatının geniş toplantısı keçiriləcək. Toplantıda hərəkatın Qurultaya Hazırlıq Komitəsi təşkil olunacaq və Qurultayın dəqiq vaxtı müəyyənləşdiriləcək. Qeyd edək ki, Dalğa Gənclər Hərəkatının "re-branding" prosesi tam yekunlaşmaq üzrədir. Artıq təşkilatın yeni nizamnamə modeli və əsasnamə modeli tam hazır formadadır. İnternet sorğusunun nəticəsinə əsasən Dalğa Gənclər Hərəkatının simvolik heyvanı olaraq üstünlük delfinə verildi. Digər "re-branding"də nəticəsində dəyişilməsi və yenilənməsi nəzərdə tutulan sənədlər də artıq yekunlaşmaq üzrədir. Buna əsasən hərəkatın qurultayının çağırılacağı nəzərdə tutulur.