Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıcı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir Hülusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olnmuş hərbi attaşesi, briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.