Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-26?, gündüz 29-34? isti olacaq. Bakıda gecə 24-26?, gündüz 32-34? isti təşkil edəcək. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 60-65 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24? isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 17-22?, gündüz 30-35? isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 11-16?, gündüz 20-25? isti olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 19-23?, gündüz 28-33? isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 14-19? , gündüz 24-29? isti olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə qısamüddətli şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 20-25? , gündüz 31-36? isti təşkil edəcək. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 20-23? , gündüz 29-34? isti, dağlarda gecə 12-17?, gündüz 20-25? isti olacaq.