Gəncədə iki yol polisini bıçaqladılar
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 15-də saat 01:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşları, kiçik polis serjantı Asim Əliyev və Vüsal Alıyev yaxınlıqdakı binanın qarşısında 5-6 nəfər mübahisə etdiyi, ictimai asayişi pozduğu üçün onlara yaxınlaşıb. Polis əməkdaşları həmin şəxsləri ictimai asayişi bərpa etməyə, qayda-qanuna riayət etməyə çağırıb.
Bu zaman mübahisə edən gənclər polis əməkdaşlarına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Hər iki polis əməkdaşı xəstəxanaya çatdırılıb. Alıyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq maddə (xuliqanlıq) ilə cinayət işi başlanıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08