icra bazçısı Elmar Vəliyev dindarlarla qarzıdurma yaradır
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dünən şəhər içtimaiyətinin də qatıldığı toplantı keçirib. Toplantıda sərt mövqe sərgiləyən icra başçısı dindarlara qarşı da çıxış edib.
Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, E.Vəliyev Qafqaz Müsəlmanları İdarəsi sədrinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, İmamzadə ziyarətgahının mütəvəllisi, Milli Azadlıq Hərəkatındakı fəaliyyətinə görə vaxtilə Lefertova həbsxanasında məhbus olmuş Hacı Seyid Tahir Qarabağinin də ünvanına sərt ifadələr səsləndirib.
Gəncədən aldığımız məlumatda deyilir ki, icra başçısı iclasda Hacı Tahiri soruşub və məlum olub ki, o, orucluq səbəbindən həmin toplantıda iştirak etmir. Bundan sonra, icra başçısı əsəblərini cilovlaya bilməyib. ?O kimdən icazə alıb gedib? Belə getsə, onu işdən çıxarmaq lazımdır?,- deyə E.Vəliyev söyləyib. Dindarlar isə iddia edirlər ki, E.Vəliyevin QMİ-nin səlahiyyətli nümayəndəsini işdən kənarlaşdırmaq və ona hansısa göstərişlər vermək səlahiyyəti yoxdur, bu səlahiyyətlər yalnız QMİ sədrindədir.
Məlumatda bildirilir ki, E.Vəliyev, son vaxtlar şəhərin digər sakinləri ilə yanaşı, dindarlara yönəlik hərəkətlərə də yol verir ki, bu da Gəncə möminlərinin hiddətinə səbəb olub. Ramazan ayı olması səbəbindən susan dindarlar isə, mübarək ay bitdikdən sonra icra başçısı ilə haqq-hesab çəkmək niyyətindədirlər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08