Bu gecə Şəki şəhərində silahlı basqın olub. Basqın rayonun Bolludərə kənd sakini Füzuli Allməmmədovun evinə edilib. Bu barədə məlumatı ev sahibinin qardaşı verib. Hadisə gecə saat 03:00 radələrində baş verib. Basqınçıların 6 nəfər olduqları bildirilir. Basqın zamanı evdə Füzuli Alməmmədov və onun həyat yoldaşı Ofelya Alməmmədova ilə yanaşı onların 2 övladıda olub. Hadisə zamanı naməlum şəxslər ev sahiblərini döyərək, 5000 manat pul və qızıl əşyaları aparıblar. Yaralılar Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxananın cərrahiyyə şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Füzuli və Ofeliya Alməmmədovalar kəllə-beyin travmaları alıblar. Hadisə yerində araşdırma aparan müstəntiq Müşfiq Qasımov da ANS PRESS-ə faktı təsdiq edib.