Bu gün Azərbaycanda 2011-2012-ci tədris ili üçün orta ixtisas təhsil müəssislərinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ixtisas seçiminin avqustun 9-dək internet vasitəsilə aparılacaq. Onun sözlərinə görə, abituriyent elektron ərizəsində orta ixtisas məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə olan ixtisasların da kodlarını da göstərə bilərlər.