Parabank lotereya oyununun qalibləri mükafatlandırıldı
Parabank Western Union-la birgə Azərbaycanda ?bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm? adlı milli kampaniyası çərçivəsində birinci lotereya oyununu keçirdi. Beləliklə, 1-ci lotereya oyunu 15 İyun 2011-ci il tarixində Excelsior mehmanxanasında kecirilib.
Keçirilən lotereya oyununda 5 hədiyyədən 3-nü Parabankdan Azər Cavadov, Kamin Bağırov və Sadiq Səfiyev müvafiq olaraq Parabank-ın Mərkəzi Aparatında, Gəncə və Bərdə filiallarında Western Union vasitəsilə pul köçürməsi edib, lotereyada iştirak etdilər və kampaniyada qalib qəldilər. Digər qaliblər isə 1 Demirbank 1 Exspressbankın müştəriləri oldu. 1-ci turda qalib gələn iştirakçılara 27 Iyul 2011-ci tarixində Excelsior mehmanasında 1000 Azn məbləğində pul mükafatları təntənəli surətdə təqdim olunmuşdur.
Qeyd edək ki, tezliklə ?Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm? adlı promo-kampaniyası çərçivəsində keçirilən lotereyanın 2-ci turunun qalibləri məlum olacaq.
Əlavə məlumat üçün Parabankın 139 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19