Bank of Baku ?Gündə 2 manata 1000 manat? krediti verir
Bank of Baku yalnız yeni müştəriləri əhatə edən xüsusi şərtlər əsasında ?Gündə 2 manata 1000 manat? adlı kampaniyasına start verir! Öz təkrar müştəriləri üçün hər zaman müxtəlifliyi ilə seçilən maraqlı məhsullar təqdim edən bank bu dəfə də yeni müştəriləri üçün sərfəli kredit təklif edir.
Yeni kampaniya yalnız 31 avqust 2011-ci il tarixinədək davam edəcək. Bu müddət ərzində 24 aylıq kreditə götürülmüş 1000 AZN məbləğində vəsaitin (əsas məbləğ + komissiya) gündəlik dəyəri cəmi 2 AZN təşkil edəcəkdir. Müştərinin iş yerindən və vəzifəsindən asılı olaraq isə kreditin maksimal məbləği 5000 manat təşkil edə bilər.
Bununla yanaşı, Bank of Baku öz təkrar müştəriləri üçün də sərfəli kreditlər təklif etməkdə davam edir və onlara daha da yaxın olmaq məqsədilə məhsul xəttinin və xidmət səviyyəsinin inkişafı üzərində daim çalışır. Hal-hazırda Bank of Baku müştərilərinə geniş çeşiddə istehlak kreditlərini təqdim edir: nağd krediti, kompüter, mebel, məişət texnikası, mobil telefon, qızıl, təhsil, təmir, tibb, turizm, avtomobil krediti
Xatırladaq ki, 31.07.2011-ci il tarixinə olan göstəricilərə əsasən, Bank of Baku-nun istehlak kreditlərinin həcmi 181, 300,000 AZNtəşkil edir.
Bank of Baku-nun fəaliyyəti və kredit kampaniyaları haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə,www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19