Milli Ordunun zabiti zəhid olub
Azərbaycan Ordusunun zabiti şəhid olub. Leytenant Elşad Həsənov Ermənistan silahlı qüvvələrinin Ağdamın işğal altındakı Yusifcanlı kəndindəki mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması nəticəsində başından yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti rəisinin müavini Teymur Abdullayev faktı təsdiqləyib. Onun ANS PRESS-ə verdiyi məlumata görə, Milli Ordunun leytenantı saat 20:30-da aldığı güllə nəticəsində dünyasını dəyişib.
T.Abdullayevin sözlərinə görə, 1988-ci il təvəllüdlü Elşad Həsənəli oğlu Həsənov Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08