Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. 19 yaşlı Hasil Sərxanov qoşunların təmas xəttində, neytral ərazidə minanın partlaması nəticəsində xəsarət alıb. Yaralı hospitala yerləşdirilib. Qeyd edək ki, Hasil Sərxanov 2010-cu ildə Sabirabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.