Azərbaycanın Quba rayonuna yeni polis rəisi təyin edilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Seyfulla Əzimov tutduğu vəzifədən azad edilərək Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Xatırladaq ki, bir neçə gün əvvəl Qubanın polis rəisi Fuad Məmmədli Salyan rayon Polis Şöbəsinə rəis təyin edilib.