2011 - 2012-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün sənəd qəbulu iyunun 28-də başlayıb. Ərizələrin təsdiqləndirilməsi prosesi avqustun 10-a qədər davam edəcək.