Sabirabad rayon hərbi komissarlığından 2010-cu ilin oktyabrında hərbi çağırışla çağırılan Sabirabad rayon Xankeçən kənd sakini Əliyev İxtiyar Rizvan oğlu hərbi xidmət keçmək üçün Goranboy rayonundakı 701 saylı hərbi hissəyə göndərilib. MİA-nın xəbərinə görə, 2001-ci ilin iyul ayının 13-də isə hərbi hissədə müəmmalı şəxslər tərəfindən döyülərək boynu sındırılıb. Hal-hazırda vəziyyəti çox ağırdır. Papanində hərbi qospitaldadır. Hadisədən 5 gün keçməyinə baxmayaraq bu barədə əsgərin valideynlərinə xəbər verilməmişdir. Bundan xəbər tutan əsgərimizin atası Əliyev Rizvan həyat yoldaşı və qohumları ilə birlikdə tez özlərini hərbi qospitala çatdırırlar. Hospitalda bir həkim qapıya çıxaraq əsgərin atasına "sənin oğlunu biz sənə göstərə bilmərik, onun üzərində güclü əməliyyat aparmışıq, ərər yaşayarsa, onda görə bilərsiniz" sözlərini demişdir. Həkimdən israrla adını soruşmağa çalişsalar da, həkim adını verməmişdir. Hal-hazırda əsgərin qohumları qospitalın qapısında ac-susuz yatırlar və onlara oğulları barədə də heç bir məlumat verən yoxdur. Bu barədə əsgər Əliyev İxtiyarın atası Əliyev Rizvan shirvanim.az-a bildirib.