Bakıda sərnişin avtobusu iki nəfəri vurub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Fatmayi bağlar massivində qeydə alınıb. Füzuli rayon sakini İlkin Muxtarov idarə etdiyi ?Otoyol? markalı avtobusla Bakı şəhər sakinləri Hökümə Hüseynova və onu azyaşlı qızı Laləni vurub. Hər iki piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.