Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin nəcicələrini bu gün axşamüstü açıqlayacaq. İyulun 10-da I ixtisas qrupu üzrə keçirilən imtahanlarda 32450 nəfər iştirak edib. E.Nağızadə bildirib ki, komissiyada imtahan protokollarının və cavab kartlarının emalı başa çatıb. Nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənə biləcəklər.