Azərbaycan Respublikası prezidenti İlham Əliyev Türkmənistanın Abadan şəhərində baş verən və insan itkisinə səbəb olan partlayışla bağlı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova başsağlığı verib. Məktubda deyilir: ?Abadan şəhərində baş vermiş partlayışlar nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!?