Hacıbala Abutalıbovun pul xərcləri yoxlandı
Azərbaycan Respublikası Hesablama Palatasının iyul ayının 7-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasının, dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasının, dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə aparatın saxlanılması və dövlət əsaslı vəsait qoyuluşu üzrə ayrılan vəsaitlərin istifadəsinin və ?Azərlotereya? ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, emissiya edilən lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadə vəziyyətinin auditi üzrə Rəy və Hesabatlar geniş müzakirə edilərək təsdiq olunmuş, Kollegiya iclasının qərarları barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında, həmçinin, Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin ?Mənzil və kommunal təsərrüfatı? bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin, dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ?Təhsil? bölməsi üzrə Azərbaycan Müəllimlər Institutunun Gəncə filialına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramlarına baxılmış və müvafiq qaydada təsdiq edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08