4396 bakalavr magistraturaya qəbul olsa da, onların yalnız 1038 nəfəri indiyədək qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, magistraturaya qəbul olanların əksəriyyəti məsuliyyətsizlik edir: ?Onların çox az qismi qeydiyyatdan keçib. Nəzərə alınmalıdır ki, qeydiyyat prosesi iyulun 15-də başa çatır. Magistraturaya qəbul olunmuş bakalavrlar həmin tarixədək ali məktəblərdə qeydiyyatdan keçməsələr, onların yerləri gələcəkdə müzakirəyə çıxarılacaq. Yəni, onlar magistr statusu qazanmayacaqlar?.