Qarabağ Azadlıq Təşkilatı BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaxınlığında aksiya keçirib. Bir qrup QAT üzvü ?Ya Qarabağ, ya ölüm!?, ?BMT, Azərbaycandan rədd ol!? şüarları səsləndirərək BMT-nin ölkəmizdəki nümayəndəliyinə doğru yürüş ediblər. Aksiyaçılar polis müdaxiləsi ilə qarşılaşıblar. Təşkilat üzvləri BMT-nin ikili standartlardan əl çəkmələrini, işğalı ölkə olan Ermənistana sanksiyalar tətbiq edilməsini tələb ediblər. Bundan sonra QAT üzvləri ?Prezident müharibəyə başlasın!? şüarı səsləndirərək Prezident Administrasiyasına doğru yürüşə cəhd göztəriblər.