Ali məktəblərin magistraturasının ikinci mərhələsinə iyunun 26-da keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak edən 7326 bakalavrdan 4396 nəfəri imtahanda uğur qazanıb. 537 nəfər isə imtahana gəlməyib. Magistraturaya qəbulun nəticələrini artıq İmtahancell xidmətindən öyrənmək olar. Bunun üçün bakalavrların Azercell və Bakcell nömrələrindən iş nömrələrini 7727-yə SMS-lə göndərmələri kifayətdir. Nəticələr qısa müddətdən sonra TQDK-nın internet saytında da yerləşdiriləcək.