Beynəlxalq Məhkəmə Liviya lideri Müəmmər Qəddafinin həbs edilməsi üçün order verib. Qəddafi qiyamın ilk 12 günündə liviyalılara qarşı qətllərə, azadlıqdan mərhumetməyə görə beynəlxalq axtarışa verilib. Məhkəmə həmçinin, onun oğlu Seyf-əl İslam və kəşfiyyat rəhbəri Abdulla əl-Sanussinin də həbsinə dair order imzalayıb. Liviya rejiminin sözçüsü Musa İbrahim isə bəyan edib ki, Qəddafi hakimiyyəti verməyəcək və Liviyanı tərk etməyəcək.